Avropa İttifaqından Trampa XƏBƏRDARLIQ

00:25 - 28 Fevral 2025

Avropa İttifaqından Trampa XƏBƏRDARLIQ

Avropa İttifaqı ABŞ-nin tətbiq etməyə hazırlaşdığı əlavə gömrük tariflərinə qəti cavab verəcəyini açıqlayıb.

 

Manset.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sözçüsü Olof Gill Brüsseldə keçirilən mətbuat konfransında belə açıqlama verib. O bildirib ki, Avropa İttifaqı azad və ədalətli ticarətə qarşı ədalətsiz maneələrə sərt cavab verəcək. Olof Gill Avropadakı istehlakçıları və biznesləri qoruyacaqlarını vurğulayıb. Onun sözlərinə görə, Avropa Birliyi ABŞ ilə gərginlik istəmir və birgə işləmək istəyir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının ABŞ-ni məhv etmək üçün yaradıldığını irəli sürüb. O, Avropa İttifaqına əlavə gömrük vergisi tətbiq edəcəyini ifadə edib.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin