Öcalan PKK-ya gözlənilən çağırışı etdi - "Silahı buraxın”
28 Fevral 2025
21:45 - 27 Fevral 2025
Fevralın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) Pakistandakı Azərbaycan Dil və Mədəniyyət Mərkəzi XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımına həsr olunmuş foto-sərgi təşkil edib.
Manset.az xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin yüksək rütbəli əməkdaşları, Pakistanın ictimai xadimləri, NUML Universitetinin müəllim və tələbə kollektivi iştirak edib.
Tədbiri açıq elan edən Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin Missiya Rəhbəri cənab Tamerlan Xəlilov Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib. O, Dağlıq Qarabağ münaqişəsi dövründə Xocalıda baş vermiş soyqırımın tarixi miqyasına toxunaraq, bu faciənin bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycan və Pakistan arasındakı tarixi köklərə dayanan dostluq münasibətlərinin əhəmiyyətini qeyd edib.
Cənab Xəlilov NUML Universitetinin rəhbərliyinə dəstəyə görə təşəkkürünü bildirib və sərginin təşkilinə töhfə verən tələbə və müəllim heyətinə minnətdarlığını ifadə edib.
Sərginin rəsmi açılışından sonra iştirakçılar təqdim olunan fotoları incələyib və onlarla bağlı hekayələri dinləyiblər. Mərkəzin fəal tələbələrindən biri olan Abrar Rana sərgiyə gələnlərə ətraflı məlumat verib.
Foto-sərgi gün ərzində NUML Universitetinin tələbə və müəllim kollektivinin ziyarətinə açıq olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin