“Sabah” “Sumqayıt”ı darmadağın etdi

23:40 - 27 Fevral 2025

“Sabah” “Sumqayıt”ı darmadağın etdi

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində daha bir qarşılaşma baş tutub.

 

Manset.az xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” “Sabah”ı qəbul edib. İlk oyun qolsuz bitdiyindən, yarımfinala yüksəlmək üçün hər iki komandanın imkanı vardı. Cavab görüşündə 4 cavabsız qolla qalib gələn “Sabah” növbəti yarımfinalçı olub.

Daha öncə bu hüquqa “Qarabağ” yiyələnib.

Azərbaycan Kuboku

1/4 finalın cavab oyunu

“Sumqayıt” – “Sabah” 0:4
Anatoli Nuriyev, 55. Xəyal Əliyev, 71. Coy Lens Mikels, 82. Amin Seydiyev, 90+3.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin