Öcalan PKK-ya gözlənilən çağırışı etdi - "Silahı buraxın”
28 Fevral 2025
22:28 - 27 Fevral 2025
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əhməd Cəmil küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili "Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1996-cı il təvəllüdlü E. İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayan “Fiat Doblo” markalı təcili tibbi yardım avtomobili Gəncə şəhərinin 103 xidmətinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin