Vətəndaşları "işə düzəldən" şəxsə HÖKM OXUNDU

21:04 - 27 Fevral 2025

Vətəndaşları

Elm və Təhsil, Fövqəladə Hallar nazirliklərində, Ombudsman Aparatında və Bakı Dövlət Universitetində işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən M.Ə. Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunub. 1 il 8 ay 22 müddətinə azadlıqdan məhrum edilib. 

İş materiallarından məlum olur ki, M.Ə. bir neçə nəfərə qarşı dələduzluq edib. O, işə düzəltmə adı ilə vətəndaşlarda 10 000, 12 000, 5000, 3000 manat və 10 000 ABŞ dolları alıb. 

Məbləğlər ayrı-ayrı işlərə görə alınıb. M.Ə. vətəndaşların etibarını qazanmaq üçün hətta bəzi hallarda güc sturkturlarının da adından istifadə edib. O, istər hüquq-mühafizə orqanlarında, istərsə də, digər qurumlarda yüksək vəzifəli şəxslərlə tanışlığının olduğunu bildirib. Sonradan vətəndaşlar aldanıldığını başa düşərək hüquq-mühafizə orqanlarına müraciət edib. 


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin