Tanınmış idmançıya yüksək vəzifə verildi

20:43 - 27 Fevral 2025

Tanınmış idmançıya yüksək vəzifə verildi

Dəfələrlə dünya və Avropa çempionu olan Eduard Məmmədov Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti təyin olunub.

 

Manset.az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.

O, Azərbaycan Kikboksinq Federasiyası rəhbərliyinin etimadını doğruldacağını və kikboksinqin inkişafı üçün bundan sonra da əlindən gələni edəcəyini bildirib:

"Belə bir vəzifəyə təyin olunmaq xoşdur. Azərbaycan idmanına xidmətlərimi davam etdirəcəyəm. Çalışacağam ki, Azərbaycan kikboksinqi hər zaman irəli getsin. İdmançılarımızın beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında uğur qazanmaları üçün çalışacağıq".


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin