AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

20:09 - 27 Fevral 2025

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib. 

Manset.az-a XİN-dən verilən məlumata görə, sözügedən iclas 26 fevral tarixində Bakıda keçirilən xüsusi işçi qrupunun görüşündən sonra baş tutub.
Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası zamanı Azərbaycanın AQEM sədrliyi AQEM-ə üzv ölkələr tərəfindən iddialı, zəngin və təşəbbüskar olaraq qiymətləndirilən 2025-2026-cı illər üzrə prioritet və təşəbbüslərini təqdim edib.

Komitə həmçinin Azərbaycan sədrliyinin 2025-ci ildə Bakıda AQEM beyin mərkəzlərinin illik forumunun keçirilməsi ilə bağlı təşəbbüsünü ehtiva edən AQEM beyin mərkəzlər forumunun illik hesabatını nəzərdən keçirib və təsdiqləyib.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin