İt kişiyə hücum etdi - Burnu amputasiya olundu

19:23 - 27 Fevral 2025

İt kişiyə hücum etdi - Burnu amputasiya olundu

Oğuzda 45 yaşlı kişiyə qonşusunun iti ağır xəsarət yetirib, burnu amputasiya olunub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Calud kəndində baş verib.

Kənd sakini 1980-cı il təvəllüdlü Xamdıyev Bayramalı Mansuroviçə qonşusunun iti hücum edərək ona ağır xəsarətlər yetirib. B. Xamdıyev Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb. Şəki RMX-da B. Xamdıyevin üzərində cərrahiyyə əməliyyatı aparılaraq burunun yumşaq toxumaları tam amputasiya olunub.

İt hücum edən zaman B. Xamdiyev sol əlin baş barmağından yerdəyişən sınıq xəsarətləri də alıb. O lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Xəbər xətti

28 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin