Qəbələdə güclü qarla bağlı dam örtüyü avtomobilin üzərinə aşdı

18:26 - 27 Fevral 2025

Qəbələdə güclü qarla bağlı dam örtüyü avtomobilin üzərinə aşdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyünün avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a FHN-dən bildirilib.

Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin