ADU-da “Albert Aqarunov” adına təqaüd təsis olundu - FOTOLAR

18:00 - 27 Fevral 2025

ADU-da “Albert Aqarunov” adına təqaüd təsis olundu - FOTOLAR

Fevralın 27-də Azərbaycan Dillər Universitetində İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüdün verilməsi ilə bağlı tədbir keçirilib. "Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri Milix Yevdayevin təşəbbüsü ilə ayrılan təqaüdakademik göstəriciləri yüksək olan və ictimai işlərdə fəal iştirakedən iki tələbəyə təqdim edilib.


Manset.az xəbər verir ki, tədbirdə ADU-nun rəhbərliyi, "Azərbaycan Dağ Yəhudiləri" Diniİcmasının sədri Milix Yevdayev, ravvin Abraham və tələbələriştirak ediblər. 

ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayaraq, Azərbaycan-İsrail münasibətlərindən söz açıb. Qeydolunub ki, hər iki ölkə arasında sıx dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər özünü siyasi, iqtisadi, elmi və mədəni sahələrdə də göstərməkdədir:

“Bu gün əlamətdar bir gündür. Tələbələrimiz Azərbaycanın Milli Qəhrəmanı, əslən yəhudi olan, Birinci Qarabağ müharibəsi şəhidi Albert Aqarunovun adına təsis olunmuş təqaüdə layiq görülüb. Bu çox önəmli bir hadisədir. Azərbaycan və İsrail xalqları uzunillərdir multikultural dəyərlərə hörmət və ehtiram içərisində yaşayır. Azərbaycanda hökm sürən multikultural ab-hava bütün dünya üçün örnək olmalıdır”. 

"Azərbaycan Dağ Yəhudiləri" Dini İcmasının sədri MilixYevdayev səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, təsis olunan təqaüd ADU tələbələrinə əlavə stimul və motivasiya olacaq. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd həm də birliyimizin, dostluğumuzun və tərəfdaşlığımızın bir nümunəsidir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova təqaüd haqqında fikirlərini bölüşüb. Qeyd olunub ki, tələbələrin elmi bacarıqlarının artırılması və inkişafı baxımından belə təqaüdlərin təsis olunması olduqca əhəmiyyətlidir.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov adına təqaüd İsrailşünaslıq ixtisasının ikinci kurs tələbəsi Ağazadə Rauf Vüqar oğluna və İsrailşünaslıq ixtisasının üçüncü kurs tələbəsi Zeynalov Şahnəzər Elyar oğluna təqdim olunub. 



Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin