İdmançılarımız İtaliyada 16 medal qazandı

15:15 - 27 Fevral 2025

İdmançılarımız İtaliyada 16 medal qazandı

Azərbaycan idmançıları İtaliyanın paytaxtı Romada keçirilmiş ciu-citsu üzrə "Grand Slam Roma 2025" turnirində 16 medal qazanıb.

 

Manset.az Yapon Döyüş Növləri və Mədəniyyəti Assosasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan 5-nin əyarı qızıl, 7-si gümüş, 4-ü isə bürünc olub.

Ayaz Süleymanov, Mark Simvol, Həsən Nəsirzadə, Maksud Hacıyev və Samir Mirzəyev fəxri kürsünün ən yüksək piləsinə qalxıblar. Ramil Muradov, Tamerlan Meyralıyev, Nağı Nağızadə, Rafiq Mehdiyev, Timur Simvol, Müslüm Əliyev, Murad İsmiyev yarışı ikinci yerdə bitiriblər.

Emin Əsədov, Dmitri Sivov, Cavidan Meyralıyev, Bağır Əliyev isə bürünc medala sahib olublar.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin