Serbiya ABŞ-nin tətbiq etdiyi sanksiyaları təxirə saldı

14:43 - 27 Fevral 2025

Serbiya ABŞ-nin tətbiq etdiyi sanksiyaları təxirə saldı

Serbiya prezidenti Aleksandar Vucic ABŞ-nin ölkənin neft sektoruna qarşı sanksiyalarının 30 gün müddətinə təxirə salındığını açıqlayıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Vucic sosial media hesabında ABŞ Maliyyə Nazirliyinin Serbiyaya göndərdiyi rəsmi sənədi paylaşaraq , ABŞ-nin Rusiyanın “Qazprom Neft” şirkətinin idarə etdiyi Serbiya Neft Sənayesinə (NIS) qarşı sanksiyalarının martın 28-nə qədər təxirə salındığını bildirib.

"NIS üçün daha 30 günümüz var. Bu, Serbiya xalqı üçün yaxşı xəbərdir".

Mətbuatda sanksiya qərarının bu gün səhər saatlarından etibarən qüvvəyə minməsi ilə bağlı açıqlamalar yayılıb.

ABŞ Maliyyə Nazirliyinin yanvarın 10-da verdiyi açıqlamada Rusiyanın enerji gəlirlərinin azaldılması ilə bağlı G7 öhdəliyinin yerinə yetirilməsi üçün hərtərəfli addımların atıldığı və Rusiyanın iki əsas neft istehsalçısı və ixracatçısı olan Qazprom Neft və Surqutneftegas və onların törəmə şirkətlərinin sanksiyalar siyahısına əlavə edildiyi açıqlanıb.

Sanksiya siyahısında “Qazprom Neft”in törəmə şirkəti olan NİS də var idi.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin