"Qarabağ"ın oyunundakı insidentə görə bir nəfər həbs olunub

16:36 - 25 Noyabr 2021

Konfrans Liqasının pley-off mərhələsin avqustun 26-ı keçirilən "Aberdin" - "Qarabağ" oyunu zamanı baş verən insidentlə bağlı bir nəfər saxlanılıb.

 

Manşet.az xəbər verir ki, bu barədə Şotlandiyanın "The National" nəşri məlumat yayıb. Bildirilib ki, 65 yaşlı kişi Aberdindəki "Pittordi" stadionunda 26 yaşlı kişiyə hücum etməkdə ittiham olunub.

Polis sözügedən şəxsin daha sonrakı bir tarixdə məhkəməyə çıxarılmasının gözlənildiyini yazıb.

Qeyd edək ki, "Aberdin" - "Qarabağ" görüşü Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin