Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası danışıqlardan qorxduğu və ABŞ-la fikir ayrılıqlarını həll edə bilmədiyi üçün Avropa iqtisadiyyatını öldürür.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu fikri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto bildirib.
"Brüssel bürokratiyası Avropa iqtisadiyyatını öldürür: Rusiyaya qarşı sanksiyalar, Çinin elektromobil sənayesinə tətbiq edilən tariflər və ABŞ-ilə danışıqlar apara bilməmək".
Onun fikrincə, bütün dünya, o cümlədən Brüssel və fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası bilirdi ki, Donald Tramp Avropa Birliyi ilə balanslaşdırılmış ticarət əlaqələri qurmaq istəyir”.