Bakıda evdən 12 minlik qızıl oğurlandı

12:14 - 27 Fevral 2025

Bakıda evdən 12 minlik qızıl oğurlandı

Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı T.Hüseynzadə saxlanılıb. Araşdırmalarla onun həmin evdən əvvəllər 12 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da məlum olub.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla isə oğurluq etdiyinə görə saxlanılmış M.Məmmədovun Nardaran qəsəbəsində 215 metr naqil oğurladığı da müəyyən edilib.

Araşdırmalar aparılır.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin