"Hər hansı məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur" - Qurum rəsmisi

16:05 - 25 Noyabr 2021

"Hər hansı məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur. Belə hal olubsa da, məktəbdən kənarda olub. Belə hadisələrlə bağlı isə hüquq-mühafizə orqanları məşğul olur".

 

Manşet.az xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 188 saylı məktəbdən çıxan zaman azyaşlının qaçırılması ilə bağlı jurnalistlərin sualına cavab verərkən deyib.

İdarə müdiri əlavə edib ki, məktəblərin çoxunda kamera və mühafizə xidməti var.
O, valideynlərə müraciət edərək bildirib ki, övladlarına qarşı diqqətli olsunlar: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin yox, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".

Qeyd edək ki, Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib. Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.

Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb.

Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.//Musavat.com


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin