Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu

23:15 - 26 Fevral 2025

Azərbaycan millisi Avropa çempionatında 15-ci oldu

Azərbaycanın yeniyetmələrdən ibarət şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 15-ci olub.

 

Manset.az xəbər verir ki, Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət komanda ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib.

1/4 finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Ukraynaya 23:45 hesabı ilə məğlub olan şpaqaçılarımız ardınca 9-16-cı yerlər uğrunda görüşlərdə qüvvəsini sınayıb.

Fransa yığmasına 37:45 hesabı ilə uduzan milli isveçrəli rəqiblərinə 30:45 hesabı ilə məğlub olub.

Komanda 15-ci yer uğrunda qarşılaşmada Litvaya 45:32 hesabı ilə qalib gəlib.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin