Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

15:21 - 25 Noyabr 2021

Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.

 

Manşet.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib. 

Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin