Bu yollarda sürət həddi ENDİRİLDİ
27 Fevral 2025
22:02 - 26 Fevral 2025
Fevralın 26-da axşam saatlarından etibarən Masallı rayonunun inzibati ərazisinin bəzi hissələrində "Azercell Telekom" MMC-dən asılı olmayan səbəblərdən telekommunikasiya xidmətlərindən istifadə edərkən müvəqqəti çətinliklərlə qarşılaşılması mümkündür.
Manset.az xəbər verir ki, bu barədə "Azercell" açıqlama yayıb.
"Yaranmış halın aradan qaldırılması üçün müvafiq ərazidə telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən fiber optik kabellərin zədələnmiş hissələrinin bərpası istiqamətində təcili tədbirlər görülməkdədir.
Yaranmış narahatlığa görə təəssüf edir və bildiririk ki, tez bir zamanda bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək", - açıqlamada deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin