Bu yollarda sürət həddi ENDİRİLDİ

20:17 - 26 Fevral 2025

Bu yollarda sürət həddi ENDİRİLDİ

Sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti dəfə paytaxtın bəzi yollarında sürət həddi endirilib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən hazırda  mövcud  hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə ümumilikdə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib. Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


Xəbər xətti

27 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin