"İnter"in futbolçusu cəza ala bilər

19:20 - 26 Fevral 2025

İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martinez qeyri-etik ifadələr işlətdiyinə görə bir oyunluq cəza ala bilər.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o, A Seriyasının XXV turunda "Yuventus"la keçirilən matçda söyüş söydüyü üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Qeyd edək ki, Lautaro Martinez bu mövsüm "İnter"in heyətində ümumilikdə 35 oyun keçirib və 16 qola imza atıb.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin