Bu yollarda sürət həddi ENDİRİLDİ
26 Fevral 2025
18:01 - 26 Fevral 2025
Türkiyədə xəstəxanaya yerləşdirilmiş Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunan kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin