Bu yollarda sürət həddi ENDİRİLDİ
26 Fevral 2025
16:27 - 26 Fevral 2025
Fələstinin HƏMAS radikal hərəkatı İsraillə razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara dair heç bir təklif almadıqlarını bildirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə hərəkatın rəsmi Telegram kanalında dərc olunan bəyanatında deyilir.
“Bizim buna hazır olmağımıza və sazişin bütün mərhələlərini başa çatdırmaq istəyimizə baxmayaraq, Hərəkata ikinci mərhələ ilə bağlı heç bir təklif təqdim edilməyib”.
HƏMAS təsdiqləyib ki, yeddinci qrup fələstinli məhbusların, eləcə də İsrail həbsxanalarında olan qadın və uşaqların azad edilməsinin girovların qalan cəsədlərinin İsrailə təhvil verildiyi gün baş tutması planlaşdırılır. Hərəkat mübadilə tarixinin uyğun vaxtda açıqlanacağını bildirib.
HƏMAS dünən bəyan edib ki, İsrail girovların cəsədlərinin təhvil verilməsi müqabilində fevralın 22-də azad edilməli olan bir qrup fələstinli məhbusu azad edəcək. Radikallar bildiriblər ki, bu razılaşma Qahirədə HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyətinin də Misir rəsmiləri ilə “atəşkəs razılaşmasının həyata keçirilməsi, girovların mübadiləsi və danışıqların ikinci mərhələsinin perspektivləri” ilə bağlı müzakirələr apardığı danışıqlardan sonra əldə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin