Bu yollarda sürət həddi ENDİRİLDİ
27 Fevral 2025
15:48 - 26 Fevral 2025
Qətərin baş naziri Lavrovla texnologiya sahəsində əməkdaşlığı müzakirə edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Əmirliyin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qətər Nazirlər Şurasının sədri və Xarici İşlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Dohada həmkarı Sergey Lavrovla danışıqlarda iki ölkə arasında texnoloji sahədə əməkdaşlığı, o cümlədən Ukrayna münaqişəsi ətrafında vəziyyəti müzakirə edib.
“Görüş zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələri və onların xüsusilə texnologiya sahəsində gücləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə edilib”. - deyə,Qətər Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda deyilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin