Sudanın paytaxtı Xartumun qərbində, Omdurman bölgəsində hərbi təyyarə bir evin üzərinə düşüb.
Manset.az-ın əldə etdiyi xəbərə görə, bu barədə yerli mətbuat orqanları məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 46 hərbçi və mülki şəxs həlak olub. Aralarında uşaqlarında olduğu 10 nəfərin yaralandığı bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.