Ərdoğan Xocalı qurbanlarının xatirəsini yad etdi

14:04 - 26 Fevral 2025

Ərdoğan Xocalı qurbanlarının xatirəsini yad etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti öz sosial media hesabında paylaşım edib.

"Acısını heç vaxt unutmayacağımız, kədərini hər zaman içimizdə daşıyacağımız Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir yerdə olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm",-paylaşımda qeyd olunub.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin