Bu yollarda sürət həddi ENDİRİLDİ
26 Fevral 2025
12:28 - 26 Fevral 2025
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki yaşı 60 ili ötmüş 2 mərtəbəli, 4 binanın sakinləri köçürülür.
Manset.az-ın Xəzər xəbərə istinadən məlumatına görə, sakinlər iddia edir ki, bununla bağlı Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağrılıblar və onlara xəbərdarlıq edilib.
49 ailənin yaşadığı bina sakinlərinə yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu deyilib. Onlara hər kvadrat metrə görə, 1660 manat kompensasiya ödəniləcəyi bildirlib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirldi ki, həmin yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib. Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşir və bu səbəbdən yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddətində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.
"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin