Qanunsuz ov edən ərəblər cərimələndi

12:05 - 26 Fevral 2025

Qanunsuz ov edən ərəblər cərimələndi

Biləsuvar rayonu ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2 000 manat məbləğində cərimə tətbiq olunub”, - məlumatda bildirilib.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin