Bu yollarda sürət həddi ENDİRİLDİ
26 Fevral 2025
11:41 - 26 Fevral 2025
Fransa vətəndaşlığı olan israilli girov Ohad Yaalominin cənazəsi fevralın 27-də İsrailə təhvil veriləcək.
Manset.az-ın əldə etdiyi məlumata görə, bunu HƏMAS-ın müttəfiqlərindən biri, Xalq Müqavimət Komitələri hərəkatının hərbi qanadı olan Fələstinin “Əl-Nasir Salahəddin Briqadaları” qruplaşması da təsdiqləyib.
Qrupun rəsmi nümayəndəsi Əbu Ataya Telegram kanalında yazıb: “İsraillə razılaşmanın bir hissəsi olaraq biz cümə axşamı əsir Ohad Yaalominin cəsədini qarşı tərəfə təhvil vermək qərarına gəldik”.
Fevralın 26-da HƏMAS İsrailin girovların cəsədlərinin təhvil verilməsi müqabilində fevralın 22-də azad edilməsi planlaşdırılan bir qrup fələstinli məhbusu azad edəcəyini açıqlamışdı . Radikallar bildiriblər ki, bu razılaşma Qahirədə HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyətinin də Misir rəsmiləri ilə “atəşkəs razılaşmasının həyata keçirilməsi, girovların mübadiləsi və danışıqların ikinci mərhələsinin perspektivləri” ilə bağlı müzakirələr apardığı danışıqlardan sonra əldə edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin