Teymur Rəcəbov bu məşhur Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTOLAR

13:32 - 25 Noyabr 2021

Teymur Rəcəbov bu məşhur Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTOLAR

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb. 

 

Manşet.az xəbər verir ki, bu barədə A.Maksakova öz instaqram hesabında paylaşıb. Xalq artisinin nəvəsi fotonun üzərinə “FİDE dünya çempionatında nişanlımla” şərhini yazıb.

Daha sonra Rəcəbov özü də nişanlısının paylaşımını “repost” edərək məlumatı təsdiqləyib.

Qeyd edək ki, Teymur Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Bir müddət əvvəl isə cütlük boşansa da, bu barədə mətbuatda heç bir məlumat dərc olunmayıb. Onların Məryəm adlı bir övladı var.

Xatırladaq ki, Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin