“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?”
26 Fevral 2025
11:04 - 26 Fevral 2025
"YouTube" kanalında artıq 560 000-dən çox abunəçisi olan bloger Cənab-Ülvi yaradıcı fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
Manset.az xəbər verir ki, onun uğurunun sirri sadə və gündəlik həyatdan götürülmüş situasiyaları bənzərsiz yumorla çatdırmasındadır.
Cənab-Ülvi insanlara pozitiv enerji ötürməyi bacarır. Onun videolarında həm gülüş, həm də həyat dərsləri var. Blogerin seçdiyi məzmunlar hər yaş kateqoriyasından olan insanlara maraqlı gəlir.
Gələcək planlarından danışan Cənab-Ülvi Manset.az-a açıqlamasında bildirib ki, yaradıcı fəaliyyətini daha da genişləndirmək niyyətindədir:
"Hazırda yeni layihələr, daha uzunmetrajlı qısa filmlər və tamaşaçıları daha çox cəlb edəcək müxtəlif məzmunlar üzərində işləyirəm. Məqsədim yalnız Azərbaycanda deyil, həm də beynəlxalq arenada tanınan bir blogger olmaqdır".
Qeyd edək ki, Cənab-Ülvi Azərbaycan sosial mediasının ən parlaq simalarından biridir. Onun videoları milyonlarla insanın gülüş qaynağına çevrilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin