Rusiya Ukraynadan 16 uşağı geri qaytarmağa çalışır

10:17 - 26 Fevral 2025

Rusiya Ukraynadan 16 uşağı geri qaytarmağa çalışır

Rusiya Uşaq Ombudsmanı Aparatı 10 uşağı Ukraynadakı qohumlarına qovuşdurmağı planlaşdırır.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazisindən 16 uşağın geri qaytarılması istiqamətində də iş aparılır.

Lvova-Belova bildirib ki, artıq 95 uşaq Ukraynadakı qohumlarına qovuşub, 17 uşaq isə Rusiyaya qayıdıb. O, aydınlaşdırdı ki, uşaqlar cəbhə xəttindəki dəyişikliklər və ya digər ailə şəraitinə görə qohumlarından ayrılıblar. Ombudsman əmin edib ki, iş yalnız tam qanuni nümayəndələr, yəni valideynlər və ya yaxın qohumlarla aparılır.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin