4 şahmatçımız dünya çempionatında

09:45 - 26 Fevral 2025

4 şahmatçımız dünya çempionatında

Azərbaycanın dörd təmsilçisi Monteneqronun Petrovaç şəhərində 20 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatının I turunda qələbə qazanıb.

 

Bu barədə Manset.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Xəzər Babazadə, Şiroğlan Talıbov, Ayan Allahverdiyeva və Nərmin Abdinova ilk turun partiyalarında qalibiyyət əldə ediblər. Lalə Hüseynova isə məğlub olub

Qeyd edək ki, 61 ölkədən 263 şahmatçının iştirak etdiyi yarış 11 turdan ibarətdir.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin