Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi
26 Fevral 2025
09:32 - 26 Fevral 2025
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Qəzzada atəşkəsin qorunması üçün aparılan danışıqlar çərçivəsində bu həftə sonu bölgəyə səfər edə biləcəyini açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, HƏMAS fələstinli məhbusların azad edilməsinin gecikdirilməsinə son qoyacaq həll yolu ilə bağlı razılığın əldə edildiyini bildirib.
ABŞ milli mətbuatında yer alan xəbərlərə görə, Witkoff Vaşinqtonda keçirilən Amerika Yəhudi Komitəsinin (AJC) tədbirindəki çıxışında İsrailin Qəzzada atəşkəs razılaşmasının növbəti addımlarını müzakirə etmək üçün yaxın günlərdə Doha və ya Qahirəyə bir nümayəndə heyəti göndərəcəyini bildirib .
Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-u qüvvəyə minib.
Məhbus mübadiləsinin ilk 6 turunda İsrail həbsxanalarında olan 1135 fələstinli və Qəzzada 19 israilli məhbus, həmçinin Qəzzada olan 5 tailandlı məhbus azad edilib. Dörd israilli məhbusun cəsədi bu həftə təhvil verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin