"Həftə sonu Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək" - Starmer

01:00 - 26 Fevral 2025

Böyük Britaniyanın Baş naziri Keir Starmer həftə sonu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Avropa liderlərinin görüşəcəyini təsdiqləyib.

 

Manset.az xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Dauninq-stritdə keçirdiyi mətbuat konfransında bildirib.

"Mövcud vəziyyət fonunda müttəfiqlərimizlə necə hərəkət edəcəyimizə dair müzakirələrimizin davamı üçün həftə sonu bir sıra ölkə rəhbərləri ilə görüşəcəyəm", - Starmer bildirib.

Bundan əvvəl "Bloomberg" agentliyi Avropa liderlərinin Ukrayna üzrə görüşünün martın 2-də baş tuta biləcəyini bildirib.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin