Mehriban Əliyeva Xocalı Soyqırımı ilə bağlı PAYLAŞIM ETDİ
26 Fevral 2025
00:45 - 26 Fevral 2025
Azərbaycan idmançısı Rafael Fiziyev amerikalı Castin Qeyci ilə döyüşmək niyyətindədir.
Manset.az xəbər verir ki, o, Las-Veqasda (ABŞ) baş tutacaq "UFC 313" turnirində C.Qeyci ilə döyüşmək üçün avstraliyalı Den Hakeri əvəzləməyə hazır olduğunu açıqlayıb.
R.Fiziyev amerikalı idmançıya təkrar döyüş təklifi edib. Bir müddət əvvəl D.Hakerin döyüşdən geri çəkildiyi barədə xəbər yayılmışdı.
Qeyd edək ki, C.Qeyci və R.Fiziyev 2023-cü ilin martında "UFC 286" turnirində döyüşüblər. Görüş üç raunddan sonra hakimlərin yekdil qərarı ilə amerikalının qələbəsi ilə başa çatıb. Bu, azərbaycanlı idmançının UFC-də üçüncü məğlubiyyəti olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin