ABŞ nüvə silahının Ukraynaya verilməsinə qarşı çıxdı

23:40 - 25 Fevral 2025

ABŞ nüvə silahının Ukraynaya verilməsinə qarşı çıxdı

Ukrayna prezidenti Volodimir Zelenskinin NATO-ya qoşulma prosesinin uzanacağı təqdirdə Rusiya təcavüzündən müdafiə olunmaq üçün ölkəyə nüvə silahı verilməli olduğu barədə bəyanatları ciddi deyil.

 

Manset.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Breitbart News”a müsahibəsində deyib.

“Heç kəsin bunu onlardan ciddi təklif hesab etdiyini düşünmürəm. Onların nüvə silahı ilə təchiz olunmasının problemin həlli olduğunu da düşünmürəm. Düşünmürəm ki, bu, real tələbdir. Bizə daha çox yox, daha az nüvə silahı olan ölkələr lazımdır”, - o deyib.

Rubio həmçinin bildirib ki, ABŞ və Rusiyanın birgə işləmək imkanları var.


Xəbər xətti

26 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin