Mehriban Əliyeva Xocalı Soyqırımı ilə bağlı PAYLAŞIM ETDİ
26 Fevral 2025
22:40 - 25 Fevral 2025
Ukrayna göstərilən yardıma görə Slovakiyaya 3,5 milyard avro qaytarmalı olacaq.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri, respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko bildirib.
“Zelenski onlara göndərdiyimiz 3,5 milyard avronu necə geri qaytaracaq? Bizim üçün 3,5 milyard avro böyük məbləğdir. Almanlar, fransızlar və amerikalılarla birlikdə pullarının qaytarılmasını tələb etsələr, Slovakiya da səssiz qala bilməz”, - o deyib.
Dankonun sözlərinə görə, Ukrayna Rusiya ilə münaqişədə ona yardım edən dövlətlərdən mümkün qədər çox pul almaq üçün mövcud vəziyyətdən sui-istifadə edib.
Qeyd edək ki, Kiyevə hərbi dəstək 2024-cü ilin oktyabrına qədər Slovakiyada liberal partiyaların yaratdığı hökumətlər tərəfindən təmin edilib. Hazırkı kabinet Ukraynaya humanitar yardım edir.
Slovakiya KİV-nin məlumatına görə, 2022-ci il fevralın 24-dən sonra Slovakiya Ukraynaya 3,48 milyard avro məbləğində yardım göstərib. Bu, ölkənin ÜDM-inin təqribən 3,22 faizidir. Vəsaitin əsas hissəsi - 2,77 milyard avro ölkədəki ukraynalı qaçqınların dəstəklənməsinə sərf edilib. Hərbi yardımın həcmi isə 690 milyon avro olaraq qiymətləndirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin