"Beşiktaş" növbəti qələbəsini qazandı

18:15 - 25 Fevral 2025

"Beşiktaş" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb.

 

Manset.az xəbər vəbər verir ki, İstanbul təmsilçisi D qrupunun III turunda "Antalyaspor"un qonağı olub.

Qarşılaşma "ağ-qaralar"ın qalibiyyəti ilə bitib - 2:1. İstanbul təmsilçisinin heyətində Keni Arroyo (10) və Rafa Silva (76) fərqləniblər.

Meydan sahiblərinin yeganə qolunu isə 64-cü dəqiqədə Deni Miloşeviç vurub.

Qeyd edək ki, bu nəticədən sonra "Beşiktaş" 9 xalla qrupda liderliyini davam etdirir. "Antalyaspor" 3 xalla 4-cü pillədə qərarlaşıb.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin