Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verdi

17:48 - 25 Fevral 2025

Polşa səfirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar başsağlığı verdi

Polşa səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

 

Manset.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik sosial şəbəkələrdəki səhifələrində müvafiq paylaşım edib.

"Bu gün biz azərbaycanlılarla birlikdə 1992-ci ildə Xocalıda həlak olanları yad edirik. Xocalıda ailə üzvlərini, dostlarını və evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk", - bəyanatda bildirilib.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin