İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verildi - YENİLƏNDİ
25 Aprel 2024
11:53 - 25 Noyabr 2021
Bu gün səhər saatlarında Bakı şəhər Binəqədi rayonu 7-ci mikrorayon ərazisində ağır yol qəzası baş verib.
Manşet.az xəbər verir ki, sürətlə hərəkət edən minik avtomobili 1962-ci il təvəllüdlü Kazımova Təranə Ağaməmməd qızını vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.
Qeyd edək ki, vəfat edən qadın Əsəd Ələskərov adına 244 №-li tam orta məktəbdə ibtidai sinif müəllimidir və səhər saatlarında 7-ci mikrorayonda yerləşən məktəbə gedərkən faciəvi hadisə ilə üzləşib. Onun vəfat etməsi səbəbindən rəhbərlik etdiyi sinifdə dərslər keçirilməyib.
Onu da qeyd edək ki, T.Kazımovanın 39 illik pedaqoji fəaliyyəti olub.
Faktla bağlı araşdırma aparılır.
publika.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin