Rusiya ilə ABŞ arasında razılaşma qlobal təhlükəsizliyin əsası ola bilər

17:12 - 25 Fevral 2025

Rusiya ilə ABŞ arasında razılaşma qlobal təhlükəsizliyin əsası ola bilər

Rusiya ilə ABŞ arasında razılaşma gələcək beynəlxalq təhlükəsizlik sisteminin əsası ola bilər.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu fikri Macarıstanın Xarici işlər naziri Peter Szijarto BMT-nin Cenevrədə tərksilah üzrə konfransının iclasında çıxışı zamanı deyib.

Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqları ümidverici adlandıran XİN rəhbəri bəyan edib ki, yaxşı ABŞ-Rusiya münasibətləri qlobal sülhün əsasına çevrilə bilər. "Buna görə də ümid edirik ki, qarşıdan gələn ABŞ-Rusiya razılaşması sülhün Avropanın ürəyinə necə qaytarılması ilə məhdudlaşmayacaq, lakin gələcək qlobal təhlükəsizlik üçün əsas ola biləcək daha əhatəli sənəd olacaq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv