Sabah bu küçələr BAĞLANACAQ
25 Fevral 2025
17:10 - 25 Fevral 2025
Filologiya elmləri doktoru, professor Həmidə Əhməd qızı Əliyeva Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Manset.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.
Qeyd edək ki, Həmidə Əliyeva 2012-ci ildə ADU-nun Doktorantura və dissertantura şöbəsinin müdiri, 2016-2020-ci illərdə ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının elmi katibi, eləcə də ADU-nun elmi katibi olub. H. Əliyeva 2016-2017-ci illərdə ADU-da fəaliyyət göstərən Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb.
2024-cü ildə ADU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin