Makron 27 Aİ liderini ABŞ səfəri ilə bağlı məlumatlandıracaq

15:27 - 25 Fevral 2025

Makron 27 Aİ liderini ABŞ səfəri ilə bağlı məlumatlandıracaq

Avropa Şurasının sədri Antonio Kosta 27 Aİ dövlətinin liderlərinin videokonfrans iclasını çağırıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Fransa prezidenti Emmanuel Makron ABŞ-yə səfərinin nəticələri barədə həmkarlarına məlumat verəcək.

"Martın 6-da keçiriləcək Avropa Şurasının fövqəladə iclasına hazırlıq çərçivəsində sabah səhər prezident Emmanuel Makronun Vaşinqtona son səfəri ilə bağlı hesabatını dinləmək üçün Avropa Şurası üzvlərinin videokonfransı təşkil edəcəyəm".

Qeyd edək ki, Avropa Şurasının rəhbəri Ukraynaya yardım və Avropanın müdafiəsini müzakirə etmək üçün martın 6-da Avropa İttifaqının fövqəladə sammitini çağırıb.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin