Sabah bu küçələr BAĞLANACAQ
25 Fevral 2025
14:36 - 25 Fevral 2025
UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers AFFA-nın dəvəti ilə Bakıya səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada bildirilib.
Niderlandlı mütəxəssis fevralın 27-də hakimlər üçün seminar keçirəcək. Seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FIFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq.
Seminardan sonra, saat 17:00-da Byorn Kuypersin iştirakı ilə brifinq təşkil olunacaq. Media nümayəndələri bağlanış mərasiminə və brifinqə dəvətlidirlər.
Qeyd edək ki, 2002-ci ildə hakimliyə başlayan Byorn Kuypers 2006-cı ildə FIFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.
Niderlandlı 2009-cu ildə U-21-lərin Avropa çempionatının finalını, 2011-ci ildə UEFA Superkubokunu, 2013 və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda AVRO-2020-nin finalını idarə edib, DÇ-2018-də isə dördüncü hakim olub.
Byorn Kuypers 2021-ci il iyulun 29-da “Ayaks”la PSV arasında keçirilən Niderland Superkuboku matçını idarə etdikdən sonra karyerasını başa vurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin