“Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq” - Prezident
25 Aprel 2024
11:36 - 25 Noyabr 2021
Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədovun oğlu polis sistemindən təqaüdə göndərilib.
Manşet.az xəbər verir ki, əvvəl Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi olan polis polkovnik-leytenantı İsmayıl Məmmədov 2019-cu ildə bu postdan uzaqlaşdırılıb.
Bunun ardınca Daxili İşlər Nazirliyində Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyatçısı kimi xidmətini davam etdirib.
Bir müddət öncə isə İsmayıl Məmmədov 20 illik xidmətinin tamamlanması ilə bağlı ərizə yazaraq təqaüdə göndərilməsini istəyib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı İsmayıl Məmmədov pensiyaya göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin