Azərbaycan nefti ucuzlaşdı

09:53 - 25 Fevral 2025

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19 ABŞ dolları və ya 0,25% azalaraq 76,71 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,9 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.


Xəbər xətti

25 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin