Marketdə “patı” satarkən saxlanıldı - FOTO

11:04 - 25 Noyabr 2021

Marketdə “patı” satarkən saxlanıldı - FOTO

Polis ərzaq mağazasında “patı” satan şəxsi yaxalayıb.

Bu barədə Manset.az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb. Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az