Bu küçələrdə tıxac var - SİYAHI
25 Fevral 2025
01:00 - 25 Fevral 2025
Avropa Şurası üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə görüş keçirib.
Manset.az xəbər verir ki, görüşdə Suriyaya tətbiq edilən bəzi sanksiyaların ləğv edildiyi açıqlanıb. Bəyanatda Avropa İttifaqı ölkələrinin Suriyadakı vəziyyəti nəzərə alaraq bir sıra məhdudlaşdırıcı tədbirləri dayandırmaq qərarına gəldiyi ifadə edilib. Bu qərarın Avropa İttifaqının Suriyada iqtisadi dirçəlişi, yenidən qurulmanı və sabitliyi dəstəkləmək səylərinin bir hissəsi olduğu bildirilib.
Açıqlamada, Suriyadakı bəzi bankların və Suriya Ərəb hava yolları şirkətinin sanksiya siyahısından çıxarılacağı, Suriya Mərkəzi Bankına vəsait və iqtisadi qaynaqların verilməsinə icazə veriləcəyi bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin