Bu küçələrdə tıxac var - SİYAHI
25 Fevral 2025
23:55 - 24 Fevral 2025
ABŞ-də məşhur qəhvə şəbəkəsi “Starbucks”, 1100 vəzifəni ləğv etmək qərarına gəldiyini açıqlayıb.
Manset.az xəbər verir ki, “Starbucks” CEO-su Brian Nikkol, işçilərə göndərdiyi mesajda 1100 mövcud dəstək köməkçisi vəzifəsinin ləğv edildiyini qeyd edib. Şirkətin strukturunu sadələşdirdiklərini, daha kiçik və daha çevik komandalar yaratdıqlarını ifadə edən Nikkol bildirib ki, şirkətin məqsədi daha səmərəli işləmək, hesabatlılığı artırmaq, mürəkkəbliyi azaltmaq və daha yaxşı inteqrasiyanı təmin etməkdir. Məlumata görə, İsraili dəstəkləyən beynəlxalq şirkətlərin boykot edilməsi şirkətin işinə mənfi təsir göstərib.
Şirkət bundan əvvəl illik satış proqnozunu Yaxın Şərqdəki mağazalardakı satışların azalması səbəbindən aşağı salmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin